Lənkəranda 5 yaşlı oğlanın 26 barmağı var - FOTO

Maraqlı 9 İyul 2017 00:45 Oxunub 1745
Lənkəranda 5 yaşlı oğlanın 26 barmağı var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaq həmyaşıdlarından daha aktivdir

Lənkəranın Aşağı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Yüsif Elnur oğlu Abbasovun 26 barmağı var. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, yaxınları onun 20 deyil, 26 barmağının olmasının azyaşlı üçün çətinlik yaratmadığını deyirlər. Bildirilir ki, uşaq həmyaşıdlarından daha aktivdir, dəfələrlə həkim müayinəsinə aparılıb, səhhətində heç bir problem olmayıb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkimi Rasif Axundov deyib ki, bu, irsidir: “Belə uşaqların həyatı üçün heç bir təhlükə yoxdur. Cərrahiyyə yolu ilə artıq barmaqları kəsmək mümkündür”.

Qeyd edək ki, Y.Abbasov ailənin tək övladıdır.




ŞƏRH YAZ
Ad

E-mail

Şərh