Polis “07” sürücüsünü qandallayıb apardı – Ağcabədidə - VİDEO

Avtosfer TV 9 İyul 2017 01:28 Oxunub 5625
Polis “07” sürücüsünü qandallayıb apardı – Ağcabədidə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayətdə şübhəli bilinən şəxs qaçmaq istəyərkən polis maşının əzib

İyulun 7-də Ağcabədi rayonunun mərkəzində yerləşən “Kral” şadlıq evinin qarşısında əməliyyat qrupu cinayətkarı yaxalayan zaman yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşə xəbər verir ki, cinayət törətməkdə şübhəli bilinən şəxs idarə etdiyi "VAZ-2107" markalı 35-BX-767 qeydiyyat nişanlı avtomobilə minib qaçan zaman onun qarşısını “VAZ” markalı digər avtomobil kəsib. Sürücü qaçmaq üçün avtomobilini arxaya verən zaman arxadan yolu kəsən polis əməkdaşlarına məxsus 90-AP-565 qeydiyyat nişanlı "Fiat Doblo" markalı avtomobili əzib. Bundan sonra mülki geyimdə olan polis əməkdaşları cinayətkarı avtomobildən düşürərək zərərsizləşdirib və qolunu qandallayıb aparıblar.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh