Bakı-Sumqayıt yolunda YENİLİK

Yeniliklər 9 İyul 2017 10:34 Oxunub 2480
Bakı-Sumqayıt yolunda YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yoldakı yenilik sürücülərin "Azəravtoyol" ASC-yə müraciətindən sonra edilib

Baki-Sumqayıt yolunun Masazırdan ken hissəsində - Abşeron Gənclər şəhərciyinə keçmək üçün yeni zolaq çəkilməklə ayırıcı kəsik yaradılıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Masazır körpüsündən sonra sağa yerdəyişmə üçün sürücülər üçün xüsusi zolaq təşkil edilib. Bundan sonra həmin şəhərciyə və oradakı digər yerlərə getmək istəyənlər Masazır dairəsinə enmədən körpünün üstündən keçib rahat gedə biləcəklər. Mütəxəssislər bildirirlər ki, yenilik Masazır dairəsindəki xaosu xeyli sadələşdirəcək. Qeyd edək ki, yoldakı yenilik sürücülərin "Azəravtoyol" ASC-yə müraciətindən sonra edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh