Dünyanın ən uzun körpüsünün inşası başa çatır – FOTO

Texnologiya 9 İyul 2017 19:18 Oxunub 2022
Dünyanın ən uzun körpüsünün inşası başa çatır – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpü istifadəyə verildikdən sonra 3 şəhər arasındakı məsafə 4,5 saatdan 40 dəqiqəyə qədər enəcək

3 şəhəri birləşdirəcək Honq-Konq – Zuhai – Makau körpüsü dünyada ən uzun körpü olacaq. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 55 kilometr olacaq körpünün 29,6 km-lik hissəsi tamamlanıb. Buraya 22,9 km mərkəzi hissə və 6,7 km dəniz altından keçən tunel daxildir. Körpünün digər hissəsinin inşasının bu ilin sonuna qədər bitməsi və istifadəyə verilməsi gözlənilir. Qeyd edək ki, 7 ildir davam edən inşaatda 420 min ton dəmir istifadə edilib. Çəkilən xərc isə 15 milyard dolları ötüb. Körpü istifadəyə verildikdən sonra 3 şəhər arasındakı məsafə 4,5 saatdan 40 dəqiqəyə qədər enəcək.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh