Maserati iki modelini yenilədi - FOTO

Avtoxəbər 9 İyul 2017 20:34 Oxunub 1662
Maserati iki modelini yenilədi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Modifikasiyanın maksimal sürəti müvafiq olaraq 299 və 301 km/saat təşkil edir

Maserati şirkəti kupe GranTurismo və kabriolet GranCabrio-nu təkmilləşdirib. Avtomobillər müvafiq olaraq 2007-ci və 2009-cu illərdə debüt etmişdilər. Maserati GranTurismo-nun restaylinq olunmuş versiyası 2018-ci ildə Nyu-Yorkdakı fond birjasında təqdim ediləcək, sonra isə hər iki avtomobili Hudvuddakı sürət festivalına gətirəcəklər. Təkmilləşdirilmiş sportkarlar yeni bamperlər, radiator barmaqlığı alıblar. İtalyanlar radiator barmaqlığını konsept Alfieri-də olan barmaqlığa bənzədiblər. Mühəndislər, həmçinin havaçıxıntılarının konfiqurasiyasını optimallaşdırıblar ki, bu da aerodinamik müqavimət əmsalını azaltmağa kömək edib  (kupedə 0,32-dək, kabrioletdə isə 0,33–dək). İkiqapılıların salonunda 8,4-düymlük displeydaha  olan və Android Auto və Apple CarPlay-i dəstəkləyən müasir multimedia sistemi peyda olub. Təkmilləşdirilmiş kupe və kabrioleti ya Sport versiyasında, ya da asanlaşdırılmış MC (Maserati Corse) versiyasında sifariş etmək olar. Hər iki variant 4,7-litrlik atmosferli V8 ilə təchiz edilir ki, onlar 6-pilləli ZF avtomat sürət qutusu ilə birgə işləyirlər və 460 a.g. və 520 Nm fırlanma anına malikdirlər. Belə qurğusu olan Maserati GranTurismo Sport 2017-2018 yerindən 100 km/saata 4,8 saniyəyə, MC modifikasiyalı avtomobil isə 1 saniyə daha tez sürətlənir. Modifikasiyanın maksimal sürəti müvafiq olaraq 299 və 301 km/saat təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh