Goranboyda soğan daşıyan maşın aşdı - Yaralılar var

Avtoxəbər 10 İyul 2017 00:56 Oxunub 1291
Goranboyda soğan daşıyan maşın aşdı - Yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində avtomobilin yük yerindəki soğanlar yola tökülüb

Goranboy rayonunda soğan daşıyan yük avtomobilinin maneəyə çırpılması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub. Qəza axşam saatlarında Bakı-Qazax yolunun Goranboy rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. "Qazel" markalı yük maşınının maneyə çırpılması nəticəsində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü sürücü Əliyev Qərib Qələndər oğlu və Anar adlı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

Qəza nəticəsində avtomobilin yük yerindəki soğanlar yola tökülüb və bir müddət avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Faktla bağlı araşdırma aparılır.

 

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh