Avtomobil idxalını 35% artırıb

Avtoxəbər 10 İyul 2017 10:26 Oxunub 1139
Avtomobil idxalını 35% artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DGK-nın açıqladığı statistikaya görə

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana ümumilikdə 3 483 ədəd avtomobil idxal olunub. Avtosfer.az DGK-nın açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 910 ədəd avtomobil və ya 35,37% artıb. Ölkəyə gətirilən avtomobillərin 55 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 971 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 416 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 41 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh