Rikkardo ardıcıl beşinci yarışı podiumda başa vurdu

Yarışma 10 İyul 2017 10:43 Oxunub 1495
Rikkardo ardıcıl beşinci yarışı podiumda başa vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışın startında Kvyat Alonsonu, o da Ferstappeni vurub, ispan və holland sürücülər yarışı yarımçıq saxlayıblar

“Mercedes” komandasının pilotu Valtteri Bottas Avstriya Qran-Prisində finiş xəttinə ilk çataraq Formula-1-in qalibi olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, yarışmanın ikincisi Almaniyanın “Ferrari” komandasının pilotu Sebastyan Fettel, üçüncüsü isə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo olub. Qeyd edək ki, yarışın startında Kvyat Alonsonu, o da Ferstappeni vurub, ispan və holland sürücülər yarışı yarımçıq saxlayıblar.  Formula-1-in növbəti mərhələsi 14-16 iyul tarixlərində İngiltərədə keçiriləcək.  Xatırladaq ki, “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub. Rikkardo ardıcıl beşinci yarışı podiumda başa vurub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh