Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı təmir olunur - FOTO

Yeniliklər 10 İyul 2017 14:32 Oxunub 1414
Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı təmir olunur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir-bərpa işləri zamanı yiolun 10.7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların bərpası işləri davam etdirilir. Avtosfer.az-a “Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu cür yollardan biri də Qusar-Xudat avtomobil yoludur. Yolun hərəkət hissəsində yaranmış dağılmış və qabarmış hissələr avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13.7 km-lik hissəni əhatə edir. Təmir-bərpa işləri zamanı yiolun 10.7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır.  Aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, genişləndirilmiş və zəruri olan digər hissələr xüsusi materail tökülərək kipləşdirmə işləri aparılır, hazır olan hissələr isə asfaltlanır. Hazırda yolun 3 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Bundan başqa zəruri olan yerlərdə yol kənarlarına səki daşları düzülür. Ümumilikdə yola 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi və 6 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, 1967-68 ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh