Yolda işıqlanma yoxdur: Yük maşını dəmir maneəyə çırpıldı - VİDEO

Avtoxəbər 10 İyul 2017 15:33 Oxunub 1215
Yolda işıqlanma yoxdur: Yük maşını dəmir maneəyə çırpıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər bildirir ki, həmin ərazidə bu cür qəzalar tez-tez baş verir

Bakı-Qazax magistral yolunda yük avtomobili maneəyə çırpılıb. Avtosfer.az arb 24-ə istinadən xəbər verir ki, hadisə Goranboyun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Soğanla dolu “Qazel” yol kənarındakı dəmir maneəyə dəyib. Nəticədə sürücü, Gəncə sakini, 51 yaşlı Qərib Əliyev və onun sərnişini xəsarət alaraq xəstəxanaya aparılıblar. Sürücünün vəziyyətinin ağır olduğu, sərnişinin isə yüngül yaralandığı bildirilir. Maşında olan soğanın yola dağılması magistralda avtomobilərin hərəkətində çətinliklər yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Qısa müddət ərzində yol açılıb. Hadisə şahidlərinin sözlərinə görə qəzaya səbəb yolda işıqlanmanın olmamasıdır. Sakinlər bildirir ki, həmin ərazidə bu cür qəzalar tez-tez baş verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh