Bakıda qanunsuz yol nişanları aşkarlandı – 2 min cərimə - FOTO

Qaydalar 10 İyul 2017 16:16 Oxunub 3135
Bakıda qanunsuz yol nişanları aşkarlandı – 2 min cərimə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA avtobus dayanacağına parklanma nişanı qoyanların cəzalandırılacaq

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında qanunsuz yol nişanlarının müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə iyunun 10-da Yasamal rayonu Nazim Hikmət küçəsinə keçirilən baxış zamanı avtobus dayanacağı məntəqəsinə parklanma nişanın qoyulduğu aşkar edilib. 

Məlumat üçün bildiririk ki, müntəzəm marşrut avtobusları üçün nəzərdə tutulan dayanacaq məntəqəsinin yaxınlığına standartlara uyğun olmayan nişanın qoyulması qanunsuz olaraq həyata keçirilib. Belə ki, "Yol hərəkəti haqqında" Qanunun müvafiq maddəsinin tələbinə əsasən, Bakı şəhərinin inzibati ərazisində yollarda yol nişanlarının qurulması Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla, Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Sözügedən ünvanda qanunsuz yol nişanı quraşdıran şəxslər barəsində zəruri inzibati tədbirlərin görülməsi təmin ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh