Bakıda nömrəsiz avtobuslarla necə sərnişin daşınır? - VİDEO

Qaydalar 11 İyul 2017 00:01 Oxunub 1316
Bakıda nömrəsiz avtobuslarla necə sərnişin daşınır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar sakinlərin razılığı ilə taksi kimi xidmət göstərirlər

Üzərində heç bir marşrut nömrəsi olmasa da, sərnişindaşımada istifadə edilir. Avtobus vasitəsi ilə hər gün metronun "Koroğlu" stansiyası yaxınlığından sərnişinlər daşınır. Eyni mənzərəni metronun ''Əhmədli'' stansiyasının yaxınlığında da görmək olar.

"Əhmədli" metrostansiyasından "Xəzər Əhmədli" adlandırılan əraziyə sərnişin daşınır. Avtobusların sürücüləri iddia edirlər ki, onlar "Xəzər Əhmədli" sakinlərinin razılığı ilə taksi kimi xidmət göstərirlər. Məhz buna görə də avtobusların üzərində marşrut nömrəsi yoxdur. Üstəlik, avtobuslar ayrı-ayrı şəxsilərə məxsusdur. Sərnişilərin özləri də mikroavtobusların onların razılığı ilə xidmət göstərdiklərini təsdiqləyirlər.

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sərnişin oturacaqlarının sayı maksimum 8 olan avtomobillər taksi xidməti göstərə bilər. Oturacaqların sayı bu rəqəmdən artıqdırsa, belə fəaliyyət qanunsuzdur. Elə bizim lentə aldığımız kadrlardakı avtobuslar da qanunsuz fəaliyyət növünə daxildir.

Agentlikdən bu faktın araşdırılacağı və müvafiq tədbirin görüləcəyi bildirildi. Agentlik, həmçinin sərnişinlərə tövsiyyə edir ki, təhlükəsizliklərini nəzərə alaraq bu cür xidmət göstərən avtobuslara minməsinlər.

Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh