Bu dəfə qaydanı sərnişin pozdu - VİDEO

Avtosfer TV 11 İyul 2017 00:06 Oxunub 1597
Bu dəfə qaydanı sərnişin pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm onu, həm də sürücünü cərimə gözləyir

Saatda 110 km-lik sürət yolunda sərnişin ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxararaq özünü sərinlədir. Sürücü isə bu qayda pozuntusuna yol boyu göz yumaraq hərəkətini davam etdirir. Avtosfer.az-ın məlumatına görə, görüntülər Bakı-Qazax avtomagistralının Ələt hissəsində lentə alınıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sərnişinin kobud qayda pozuntusuna yol verdiyini və araşdırılaraq onun haqqında tədbir görüləcəyini deyib.

Vaqif Əsədovun sözlərinə görə, sürücü də sərnişinin həyatının təhlükəsizliyinə görə məsuliyyət daşıdığından, bu qayda pozuntusuna göz yummaqla xəta törədib.

Üstəlik, sərnişin ayaqlarını çölə çıxartdığından təhlükəsizlik kəmərini də taxmayıb. Belə olan halda isə sərnişini 30 manat məbləğində cərimə gözləyir.

Vaqif Əsədov həmçinin onu da qeyd edib ki, sürücülər bəzən kameralar olmayan yollarda müxtəlif qayda pozuntusu edirlər. Amma kənar şəxs tərəfindən çəkilib yayılan görüntülərə görə də onlar haqqında cərimə protokolları yazıla bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh