Taksi sürücüsünü "moyka"da tok vurub öldürdü - VİDEO

Avtoxəbər 11 İyul 2017 00:08 Oxunub 1760
Taksi sürücüsünü "moyka"da tok vurub öldürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstəxanaya çatdırılarkən yolda keçinib

Masallıda 26 yaşlı taksi sürücüsü avtomabilini yuyarkən onu tok vuraraq öldürüb. Avtosfer.az-ın məlumatına görə, bədbəxt hadisə Masallı rayonunun İsgəndərli kəndində baş verib. Kənd sakini 26 yaşlı Bəhrəm Heydərov taksi fəaliyyəti ilə məşğul olurmuş. Axşam saatlarında əmisinə məxsus avtoyuma məntəqəsinə gələn gənc özü avtomaşınını yumaq qərarına gəlir. Orada olan açıq naqillərdən ehtiyatsız davranan Bəhrəm Heydərovu cərəyan vurub. Dərhal yaxınlıqdakı insanların köməyi ilə o, Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin o, xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı Masallı rayon prokrorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh