Maşınla vurulan qadın piyadanın qulağında “nauşnik” varmış

Yazarlar 14 İyul 2017 12:00 Oxunub 4425
Maşınla vurulan qadın piyadanın qulağında “nauşnik” varmış
WhatsApp kanalımıza abunə ola bilərsiniz
AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı yeni məlumatlar yayılıb

Xəbər verildiyi kimi, iyunun 1-də Bakıda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşını maşın vurub. Hadisə Parlament prospektində baş verib. Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Avtosfer.az xəbər verir ki, hadisəni törədən Xamis Ağacayev tanınmış rejissordur. O, hadisədən sonra yaralını yaxınlıqdakı Mərkəzi Kliniki Xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə baxış keçirilən zaman məlum olub ki, qəza piyada keçidindən kənarda baş verib. Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında yolu keçərkən Lamiyə Quliyevanın qulağında qulaqlıq olub. Hadisədən sonra həmin qulaqlıq Xamis Ağacayevin avtomobilin qabaq alın şüşəsinə ilişib qalıb. Çünki piyada maşınla vurularkən başı qabaq parpresə dəyib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh