Təyyarənin ayaqyolundan qızıl külçələr tapılıb

Maraqlı 11 İyul 2017 11:31 Oxunub 1176
Təyyarənin ayaqyolundan qızıl külçələr tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə barədə əlavə məlumat verilmir

Yaponiyanın Kansay aeroportunun əməkdaşları Tayvandan gəlmiş “Vanilla Air” şirkətinə məxsus sərnişin təyyarəsinin ayaqyolunda bir neçə on kiloqramdan artıq qızıl külçələr aşkar ediblər. Avtosfer.az-ın azərtac-a istinadən məlumatına görə, təyyarə bazar günü səhər aeroporta enib. Budan sonra aviaşirkətin nümayəndələri təhlükəsizlik xidmətinə ayaqyolundakı divarın qəribə göründüyü barədə məlumat veriblər. Hava gəmisinə baxış zamanı ayaqyolundakı panellərin arxasında bir neçə on kiloqramdan artıq qızıl külçələrin gizlədildiyi məlum olub. Hazırda aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları qiymətli metalın kim tərəfindən təyyarədə gizlədildiyini araşdırırlar. Hadisə barədə əlavə məlumat verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh