680 min “Mazda” avtomobili geri çağırılır

Avtoxəbər 11 İyul 2017 18:33 Oxunub 1315
680 min “Mazda” avtomobili geri çağırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Geri çağırılan 2008-ci ilin sentyabrından 2016-cı ilin martınadək olan avtomobillərdir

Məşhur Yaponiya avtomobil istehsalçısı “Mazda”nın buraxdığı 680 min 642 avtomobil hava yastıqlarında yaranan problemlərə görə geri çağırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2008-ci ilin sentyabrından 2016-cı ilin martınadək olan dövrdə buraxılan “Mazda 6” modelləridir. Gələn ilin martından başlanacaq proses çərçivəsində problemli hissələr “Mazda”nın Çindəki tərəfdaşı FAW-ın hesabına aradan qaldırılacaq. “FAW (First Automotive Works) Group Corporation” dövlət şirkəti Çinin böyük avtomobil istehsalçı şirkəti olmaqla yanaşı, xarici tərəfdaşları ilə birgə “Volkswagen”, “Toyota”, “Mazda”, “General Motors” və digər avtomobil brendlərinin Çində yığımını və satışını təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh