Bakıda qəribə yol nişanları - FOTOLAR

Xəbərlər 29 Aprel 2014 15:14 Oxunub 2051
Bakıda qəribə yol nişanları - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kürdəxanı qəsəbəsində qoyulan nişan sürücünü çaşdırır

Bakıda qoyulan yol nişanı bəzən sürücüləri maarifləndirmək əvəzinə çaşdırır. Bu barədə ANS press-ə oxucular məlumat verib. Oxuculardan biri bildirib ki, Kürdəxanı qəsəbəsində qoyulan nişan sürücünü çaşdırır. Oxucu həmin yol nişanının fotosunu göndərib.

 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu barədə onların məlumatı yoxdur. Onun sözlərinə görə, yol nişanını külək də yerə sala bilər. Kimsə götürüb yol nişanının yerini dəyişə bilər. “Əgər kimsə yol nişanının yerinin səhv qoyulduğunu və yolda nişan olmaması barədə bildirmək istəsə mütləq biizm idarə ilə əlaqə saxlasın”, - deyə K.Əliyev bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh