Bakıda bu da oldu - Yolların asfaltı oğurlanır 

Xəbərlər 22 Noyabr 2014 00:43 Oxunub 1597
Bakıda bu da oldu - Yolların asfaltı oğurlanır 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi qəsəbələrdə gecələr yolların üst örtüyünü sökürlər

Bakının bəzi bəzi qəsəbələrində naməlum adamlar küçələrin asfaltını oğurlayır. Bu barədə Bakının Badamdar və NZS qəsəbə sakinləri bildirirlər. Onların dediyini görə, yoldan çıxarılan asfalt örtüyünün bir maşını sonradan ucqar məhəllə sakinlərinə 70-80 manatdan satılır. Sakinlər həmin soyuq asfaltı həyətlərinə və evlərinin ətrafına tökürlər. Bu səbəbdən artıq sözügedən qəsəbələrdə maşınlar çətinliklə hərəkət edir. Bu məsələ ilə bağlı anspress-in üz tutduğu “Azəryolservis" ASC-dən  məsələyə məsuliyyət daşımadığını bildirdi və şəhər yollarının Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğunu vurğuladı. Bakı Şəhər İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bələdiyyələrə müraciət etməyi məsləhət gördülər. Qanunvericilikdə isə bələdiyyəyələrin yollarla bağll heç bir səlahiyyəti yoxdur. Buna görə də məsələ açıq qalır və yollardakı asfaltın oğurlanması hələ də davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh