Yanan avtomobildən insanları belə xilas etdilər – VİDEO

Avtosfer TV 12 İyul 2017 09:43 Oxunub 2275
Yanan avtomobildən insanları belə xilas etdilər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş verən ağır qəzada bir nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb

"Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!". Bunu deyən kişi "Volqa"nın sürücü tərəfdə olan pəncərəsini açmağa çalışır. Lakin şüşə açılmır, çünki qəza nəticəsində mexanizm zədələnmişdi. Belədə kişi avtomobildəki insanları xilas etmək üçün "Volqa"nın ön sağ şüşəsini təpiklə vurub sındırır və sürücünü dartıb çıxarır. Olay Rostov-Bakı trasında yaşanıb. "Lada" və "Volqa" avtomobillərinin toqquşması nəticəsində "Volqa" alışıb. "Volqa"dakı sürücü və sərnişinlər özləri xilas ola bilməyiblər. Onlar diri-diri yanmaq ehtimalı ilə üzləşiblər. Yoldan ötən avtomobillərin sürücüləri özlərini çatdıraraq "Volqa"dakı adamları ölümdən qurtarıblar.

Olayın videosu YouTube-da yayılandan sonra həmin kadrları milyonlarla insan izləyib. Şərhlərin əksəriyyəti isə "O kişiyə halal olsun!" tiplidir.

Həmin görüntüləri sizə təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh