Dünya bu görüntüdən danışır: sirli UNO – VİDEO

Maraqlı 12 İyul 2017 18:47 Oxunub 3877
Dünya bu görüntüdən danışır: sirli UNO – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Iddia edilir ki, rolik "After Effects", yaxud digər videoredaktor tərəfindən montaj olunub

İnternetin ingilisdilli seqmentində Rusiyada - Yakutiya Respublikasında çəkildiyi güman olunan müəmmalı video peyda olub. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, materialı internetə yerləşdirən xarici ufoloqlar onu ilk lenta alan şəxsdən əldə ediblər. Yarım dəqiqəlik video qaranlıq gecədə qeydə alınıb. Evin damı üzərində mavi neon işıq parlayır, heyranedici Uçan Naməlum Obyekt səmada 10 alov nöqtəsi yaradır. Daha sonra sirli obyekt öz oxu ətrafında hərəkət edir, qəfildən romba oxşar brilliant görüntüsü yaradır və yoxa çıxır. Təəssüf ki, internetin bir sıra istifadəçiləri həqiqətdə saxta videodan söhbət getdiyini bildiriblər. Onlar iddia edirlər ki, rolik "After Effects", yaxud digər videoredaktor tərəfindən montaj olunub. Ancaq digər istifadəçilər onunla razılaşmır və iddia edirlər ki, bu gün internetdə UNO-larla bağlı keyfiyyəti aşağı olan kifayət qədər videoroliklər var. Hərçənd ki, istənilən insanın, xüsusilə də ufoloqlarda müasir, kifayət qədər güclü videokameralar var. Bir sıra araşdırmaçılar isə ümumiyyətlə, bu məqsədlə peşəkar şifrəli texnikadan istifadə edirlər. Güman etmək olar ki, məhz aşağı keyfiyyətli videolar saxtadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh