Zığ qəsəbəsində yeni dairə inşa olundu - FOTO

Yeniliklər 12 İyul 2017 09:54 Oxunub 1413
Zığ qəsəbəsində yeni dairə inşa olundu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu dairə sürücülərin daha qısa məsafə qət etmələrinə imkan verəcək

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissəsində yeni dairə inşa olunub. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, dairənin diametri 15 metr təşkil edir. "Yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir. Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə də dairəyə doğru yeni yol hissəsi salınıb. Bundan başqa, Zığ qəsəbəsinə giriş və çıxış yolları, həmçinin Hövsan yoluna normal hərəkəti təmin etmək üçün də yeni yol hissələri salınıb, mövcud yollar isə yenidən qurulub. Yeni yolların ümumi uzunluğu 1850 metr, eni isə 7-11 metr arası dəyişir. Dairə və yol kənarlarına ümumilikdə 3 min poqonmetrdən çox səki daşı düzülüb", - deyə məlumatda qeyd edilib.

Məlumata görə, hazırda ərazidə son tamamlanma işləri aparılır, yeni səki daşları düzülür, 300 metr uzunluğunda istinad divarları inşa edilir. Bu işlər tam olaraq yekunlaşandan sonra zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, ərazidə üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, dairənin və yeni yol hissələrinin inşası ilə hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq, Hövsan yoluna və ordan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh