Generalın həbs olunmuş oğlunun dəbdəbəli həyatı - FOTOLAR

Avtosfer Foto 12 İyul 2017 12:18 Oxunub 2097
Generalın həbs olunmuş oğlunun dəbdəbəli həyatı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus sürücüsünü döydüyü üçün həbs olunan Rüstəm Orucovun fotoları üzə çıxıb

Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtomobillərinin və lüks həyatının görüntüləri yayılıb. Avtosfer.az goldnews.az-a istinadən xəbər verir ki, sürücülük hüququndan məhrum edilən Rüstəm Orucov 10-OG-300 nömrəli "BMW”-nin sükanı arxasına əyləşərək qaydaları pozub və avtobus sürücüsü Sənan Səmədovu döyüb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev dünən Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Genral oğlunun lüks həyatını əks etdirən fotoları təqdim edirik: 









ŞƏRH YAZ
Ad

E-mail

Şərh