Yeni "Lada Vesta SW Cross"-un - FOTOLARI

Avtobazar 12 İyul 2017 20:46 Oxunub 4738
Yeni "Lada Vesta SW Cross"-un - FOTOLARI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lada Vesta SW Cross-da tam ötürücü sistem haqqında söhbət belə getmir

Yeni Lada Vesta SW Cross artıq Tolyattinin yollarında  var gücü ilə hərəkət edir. Bu barədə sosial şəbəkədə hətda bir neçə şəkillər dərc edilib. Ehtimal ki, bu test-drayvların keçirilməsi üçün dilerlərə göndərilən birinci partiyadan olan nümunələrindən biridir. Kross-versiya standart modeldən yüksəldilmiş klirenslə (178-in yerinə 203 millimetr) fərqlənir, rənglənməmiş plastik kütlədən yeni bamperlər və asma ilə, həmçinin artırılmış diametrin (15 düymün yerinə 17) təkərləri ilə. Yeni modellər rəsmən iyunun sonunda təqdim edilib.

Müvafiq olaraq sedan kuzovlu Vesta kimi SW Cross universalı 1.6 və ya 1.8 litr həcmi ilə,106 və ya 122 at gücünə malik 4-silindrli mühərriki ilə təchiz edilib. Birinci buraxılış 5-pilləli mexaniki və ya robot ötürmələr qutusu ilə, növbəti  isə, yalnız robot ötürmələr qutusu ilə nəzərdə tutlub. Lada Vesta SW Cross-da tam ötürücü sistem haqqında söhbət belə getmir.

Satışa  2017-ci ilin sentyabrında çıxacağı gözlənilsədə dekabrın sonuna kimi avtomobil zavodu 7529 Vesta SW universalı buraxmağı planlaşdırır. Həm də bu həcm təxminən kross-versiyalarla adinin arasında bərabər bölünəcək.

 

avtoreyd.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh