380 km/saata qədər sürət yığan elektromobil - VİDEO

Avtodünya 13 İyul 2017 08:45 Oxunub 1436
380 km/saata qədər sürət yığan elektromobil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Necə deyərlər, yaşayarıq - görərik.

Lucid Motors şirkəti 1000 at qüvvəsi gücü olan Air modelinin 377,29 km/saat həddinə sürətləndiyini əks etdirən videoçarxı yayıb. Aprel ayında istehsalçı elektromobilin 350 km/saat sürətini topladığını nümayiş etdirmişdi. Sonradan elekromobilin sürətinin elektronika tərəfindən məhdudlaşdırıldığı məlum olub. Yeni göstərici isə elektrokarın real imkanlarını əks etdirir. Sınaqlar Ohayo ştatındakı sürət trekində baş tutub. Rekord yürüşündə pbnevmatik asqısının proqram təminatına dəyişiklik edilmiş prototip iştirak edib.

Bu dəyişiklik  döngələrdə yüksək sürətlə hərəkət edən zaman asqının daha düzgün işləməsi məqsədi ilə edilmişdir. Bununla belə istehsalçı bu göstəricinin də son olmadığını iddia edir.

Necə deyərlər, yaşayarıq - görərik.

Lucid Air sedanı ümumi gücü 1000 at qüvvəsi olan iki elektromotorla hərəkətə gəlir. İstehsalçı Air modelini iki modifikasiyada – 100 kVt/saat və 130 kVt/saatlıq batareyalarla təklif edəcəkdir. Rəsmi məlumata görə, Lucid Air 100 km/saat həddini toplamağa 2,5 saniyə sərf edir. Onun maksimal yürüş məsafəsi isə 400 mil (643 km) olacaqdır.

Xatırladaq ki, Tesla Model S sedanı 312 mil (506 km) yürüş məsafəsinə malikdir. Bundan başqa, avtomobil yaxın və uzaq fəaliyyət məsafəsi olan radarlar, kameralar və Lidar sistemi ilə təchiz ediləcəkdir.  Bu o deməkdir ki, qarşımızdakı avtomobil avtonom idarəetmə sistemi ilə təchiz ediləcəkdir. Lakin, bu texnologiyaların nə zaman əlçatan olacağı bildirilməmişdir. (autograph.az)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh