TVR şirkəti "Griffith" modelinin yeni tizerini dərc edib

Avtodünya 23 Avqust 2017 15:00 Oxunub 1361
TVR şirkəti "Griffith" modelinin yeni tizerini dərc edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni səkkiz silindirli mühərrik 400 at qüvvəsi gücə malik olacaqdır

Bir müddət bundan öncə, TVR şirkəti Griffith adını almış yeni sportkarının təqdimat mərasiminin sentyabr ayının əvvəllərində Britaniyada keçiriləcək Goodwood Revival festivalında keçirəcəyini rəsmən açıqlamışdı. Bu günlərdə sportkarın növbəti şəkli Top Gear tərəfindən dərc edilib.

Əvvəllər şirkət, Goodwood Revival festivalı çərçivəsində yeni modelin təqdimatının ilk dəfə keçiildiyini də açıqlayıb. TVR şirkətinin stendində yeni model klassik avtomobillərlə yanaşı sərgilənəcəkdir. Yeni avtomobillərin ilk partiyası Launch Edition adlandırılacaqdır və 500 nüsxəlik tirajla istehsal ediləcəkdir. «Autocar» dərgisinin bildirdiyinə görə, bu avtomobillərin əksər hissəsi artıq ön sahiblərini tapmışdır.  Dərgi həmçinin debüt tarixinə satılmamış avtomobillərin qalmayacağını da ehtimal edir. 

Xarici kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, TVR Griffith üçün mühərrikin yaradılması işləri məşhur Cosworth fimasına həvalə edilib. 

Ehtimallara görə, yeni səkkiz silindirli mühərrik 400 at qüvvəsi gücə malik olacaqdır ki, bu da yeni sportkara 100 km/saat həddinə dörd saniyədən az bir müddətə sürətlənmək imkanı verəcəkdir. Sportkarın maksimal sürəti 320 km/saat olacaqdır. (autograph.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh