Qarabağda ermənilərin hərbi maşını aşdı - 15 hərbçi xəsarət alıb

Qəzalar 12 İyul 2017 16:01 Oxunub 741
Qarabağda ermənilərin hərbi maşını aşdı - 15 hərbçi xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsgərlərdən üçünün vəziyyəti ağır qiymətləndirilir

Ötən gün axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsində Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb.

Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.

V.Qriqoryan öz keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan, Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər ziyan çəkiblər.

 

V.Qriqoryanın sözlərinə görə hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç nəfər əsgərin vəziyyəti ağır qiymətləndirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh