General cəzadan nəticə çıxarmayıbmış - Sürücüyə zəng edib

Qaydalar 13 İyul 2017 00:05 Oxunub 7232
General cəzadan nəticə çıxarmayıbmış - Sürücüyə zəng edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Dedi ki, birdə onun əleyhinə olan fikirləri mətbuata söyləsəm, mənim üçün pis olacaq”

Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov oğlu Rüstəm Orucovun döydüyü “Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu hədələyib. Avtosfer.az xəbər verir ki, bu barədə ölkə.az-a sürücü S.Səmədov məlumat verib. S.Səmədov Novruzəli Orucovun bu gün telefonla ona zəng vurduğunu söyləyib: “Bu gün Novruzəli Orucov mənə zəng vuraraq, nə üçün ondan icazəsiz mətbuata müsahibə verdiyini soruşdu. Daha sonra məni hədələdi və bildirdi ki, bir daha ondan xəbərsiz mətbuata müsahibə verməyim. Novruzəli Orucov mənə açıq şəkildə dedi ki, birdə onun əleyhinə olan fikirləri mətbuata söyləsəm, mənim üçün pis olacaq”.

Sürücü hələ də Novruzəli Orucovun hədələrindən qorxu hissləri keçirdiyini bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh