Goranboyda ağır yol qəzası nəticəsində 3 nəfər yaralanıb - FOTO

Qəzalar 13 İyul 2017 23:53 Oxunub 1762
Goranboyda ağır yol qəzası nəticəsində 3 nəfər yaralanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlaran birinin vəziyyəti ağırdır

Goranboy rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər xəsarət alıb. Hadisə rayonun Tapqaraqoyunlu kəndinin ərasizindən keçən Daşaltı-Naftalan yolunda baş verib. Dövlət qeydiyyat nişanı 20-DU-163 olan "BMW" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan, Tapqaraqoyunlu kənd sakini, 1989-cu il təvəllüdlü İsmayılov Nadir Məmmədqulu oğlu və onun həmkəndlisi, 1990-cı il təvəllüdlü Əmirov Səxavət Muşfiq oğlu Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyətləri orta-ağırdır. 1989-cu il təvəllüdlü üçüncü yaralı Mehracov İsmayıl Altay oğlunun vəziyyəti ağır olduğundan o Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Report

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh