Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb - VİDEO

Qəzalar 14 İyul 2017 09:20 Oxunub 780
Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə əlaqədar Xəzər RPİ-də əməliyyat-axtarış tədbirlərinə başlanılıb

Gecə saatlarında Bakıda piyadanı avtomobil vurub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, yol qəzası Bakının Xəzər rayonunda baş verib. Binə qəsəbəsində qeydə alınmış hadisə zamanı 1976-cı il təvəllüdlü Həsənov İlqar Zakir oğlu yolu keçmək istəyərkən "Renault" markalı minik avtomobilinin zərbəsinə tuş gəlib. 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən İlqar Həsənovun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hadisə şahidlərinin bildirdiyinə əsasən, avtomobilin sürücüsü hadisə barədə təcili tibbi yardım xidmətinə məlumat verdikdən sonra həmin ərazidən uzaqlaşıb.

Hadisə ilə əlaqədar Xəzər RPİ-də əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh