Körpü dəmir yolunun üzərinə aşdı - 12 yaralı

Qəzalar 14 İyul 2017 10:14 Oxunub 686
Körpü dəmir yolunun üzərinə aşdı - 12 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə baş verdiyi yerdə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb

İsveçdə inşa olunan körpünün dəmir yolunun üzərinə uçması nəticəsində ən az 12 nəfər xəsarət alıb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, hadisə İsveçin mərkəzində yerləşən Dalarna şəhərində baş verib. Xəsarət alanlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Onlar helikopterlərlə xəstəxanaya çatdırılıb. Məlumata görə, hadisə yerində 15-20 nəfərin ola biləcəyi ehtimal edilir. Ona görə də xəsarət alanların dəqiq sayı hələ bilinmir. Hadisə yerinə xilasedicilər və tibb işçilərinin olduğu 2 helikopter gəlib. Hadisə baş verdiyi yerdə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh