Avtomobil piyadanı vuraraq öldürdü - Göyçayda

Qəzalar 14 İyul 2017 10:45 Oxunub 901
Avtomobil piyadanı vuraraq öldürdü - Göyçayda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. Rayon sakini, 1987-ci il təvəllüdlü Səfər Lətifov idarə etdiyi 10-SA-034 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay şəhər sakini, 1971-ci təvəllüdlü Mirzəliyev Mehman Maarif oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan Mehman Mirzəliyev Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh