Bakıda avtobus dayanacaqda piyadanın üstünə çıxdı: ölən var

Qəzalar 14 İyul 2017 13:46 Oxunub 1147
Bakıda avtobus dayanacaqda piyadanın üstünə çıxdı: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtobusu arxaya verərkən sərnişini vurub

Bakıda marşrut avtobusu ağır qəza törədib. Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

///Lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh