"Hyundai i30 N" hetçbeki təqdim edildi - FOTO

Avtodünya 14 İyul 2017 14:20 Oxunub 1605
"Hyundai i30 N" hetçbeki təqdim edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu model N-xəttindən olan «qaynar» avtomobillərin ilkidir

Hyundai şirkəti rəsmi olaraq i30 N «qaynar» hetçbekini təqdim edib. Bu model N-xəttindən olan «qaynar» avtomobillərin ilkidir. Yeni  «qaynar» hetçbek birbaşa çiləməli 2,0-litrlik T-GDI mühərriki ilə təchiz edilir ki, bu aqreqat da iki güc variantında təklif edilir. Birinci variant 250 at qüvvəsinə malikdir. Opsional Performance Pack dəstinə sahib olan ikinci variant isə 275 at qüvvəsinə sahib olacaqdır. Hər iki halda mühərrikin fırlanma anı 352 Nm təşkil edir.

Hyundai i30 N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə i30 N modeli 6,2 saniyəyə sürətlənir. Hyundai i30 N modelinin maksimal sürəti 250 km/saatdır.

«Qaynar» hetçbekin təchizatına aktiv asqı, elektron idarəetməli yüksək sürtünməli differensial, aktiv buraxılış sistemi, launç-kontrol, avtomatik akselerasiya sistemi və tam söndürülə bilən stabilizasiya sistemi daxildir. Hetçbek idarəetmə elektronikasının dörd quraşdırılmış (Eco, Normal, Sport və N) və bir proqramlaşdırılan (N-Custom) rejiminə malikdir.

Son halda sürücü asqının işləmə alqoritmini, sükan gücləndirisinin, stabilizasiya sisteminin və differensialın tənzimləmələrini sərbəst şəkildə təyin edə bilər. Rejimləri sükan çarxındakı düymələr vasitəsi ilə dəyişmək mümkündür.

Artıq məlum olduğu kimi, «qaynar» hetçbekin yaradılması prosesinə BMW M GmbH şirkətinin baş mühəndisi Albert Birmann rəhbərlik etmişdir. Prototipin layihəsi üzərində iş Koreya istehsalçısının Nürburqrinqdəki test mərkəzində aparılmışdır. Hetçbekin prototipi ümumi məsafəsi 10000 kilometr olan sınaq yürüşündə də iştirak etmişdir. (autograph)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh