Dünyanın ən böyük yük gəmisi ilk səfərinə çıxdı

Maraqlı 22 Noyabr 2014 22:51 Oxunub 2261
Dünyanın ən böyük yük gəmisi ilk səfərinə çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Peter Şelte” adlı gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir

Dünyanın ən iri yük gəmisi Cənubi Koreyadan ilk səfərinə çıxıb. Dəniz qazma platformalarının daşınması üçün nəzərdə tutulan “Peter Şelte” adlı gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir. BBC telekanalının yaydığı məlumata görə, eni 124 metrə və uzunluğu 382 metrə çatan gəmi İsveçrənin sualtı kəmərlərin tikintisi ilə məşğul olan Allseas firmasına məxsusdur. Cənubi Koreyanın Daewoo Heavy Industries kompaniyası tərəfindən tikilən “Peter Şelte” 3 milyard dollara başa gəlib və 48 min ton yükgötürmə qabiliyyətinə malikdir.

Bununla belə, “Peter Şelte” ən iri gəmi statusunu uzun müddət saxlaya bilməyəcək. Allseas kompaniyası artıq eni 160 metr və uzunluğu 400 metr olan daha bir gəmi hazırlatmaq niyyətində olduğunu bəyan edib. 77 ton yükgötürmə qabiliyyətinə malik bu gəminin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh