Yapon şirkəti kosmosa mini raket buraxacaq

Texnologiya 14 İyul 2017 15:08 Oxunub 1252
Yapon şirkəti kosmosa mini raket buraxacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mini raketin iyulun 29-da kosmosa buraxılması planlaşdırılır

Yaponiyanın “Interstellar Technologies” şirkəti bu ayın sonlarında kosmosa mini raketin buraxılışına hazırlaşır. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, layihənin uğurlu alınacağı təqdirdə, bu, bütünlüklə özəl şirkət tərəfindən hazırlanan ilk raket buraxılışı olacaq. Bu günlərdə şirkət yeni raketin bəzi hissələrini kütləvi informasiya vasitələrinə nümayiş etdirib. “Interstellar Technologies” şirkəti Yaponiyanın şimalındakı Hokkaydo prefekturasının Tayki şəhərində yerləşir. Burada cəmi 14 əməkdaş çalışır. Hazırda şirkət uzunluğu 10 metr, diametri 50 santimetr olan mini raketin yığılması ilə məşğuldur. Mini raketin iyulun 29-da kosmosa buraxılması planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh