İDC: Robotlar bazarı 2021-ci ildə 230 milyard dollara çatacaq

Texnologiya 14 İyul 2017 20:00 Oxunub 1346
İDC: Robotlar bazarı 2021-ci ildə 230 milyard dollara çatacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxın illərdə robot bazarı daha tez böyüyəcək

2022-ci ildə robot bazarının 237 milyard dollara çatacağını düşünən “Tractica” şirkətinin ardınca İDC şirkəti də bu sahədə öz proqnozlarını açıqlayıb. Avtosfer.az.Az lent.az-a istinadən xəbər verir ki, cari ildə uçan pilotsuz aparatlar, həmçinin müvafiq aparat təminatı, proqram təminatı və xidmətlər də daxil olmaqla, robot satışları 97,2 milyard dollara çatacaq. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 17,9 faiz çoxdur.  İDC şirkətində gözləyirlər ki, yaxın illərdə robot bazarı daha tez böyüyəcək. Daha dəqiq desək, gözlənilir ki, 2021-ci ildə orta illik artım 22,8 faiz təşkil edəcək. Əgər bu proqnoz özünü doğrultsa, qeyd edilən müddətin sonuna bu bazar pul nisbətində 230,7 milyard dollara çatacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh