Qaxda gəlin və baldız itkin düşdü - Uşaqlarla birgə - FOTO

Xəbərlər 14 İyul 2017 23:58 Oxunub 4930
Qaxda gəlin və baldız itkin düşdü - Uşaqlarla birgə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəlin və baldızın azyaşlı uşaqları ilə birlikdə getmələri ehtimal olunur

Qaxda gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb. Avtosfer.az-ın Report-a istinadən məlumatına görə, Qax rayon sakinləri İlqar İsmayılov və Zamir Sultanov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək həyat yoldaşları 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılovanın bu il iyulun 8-də evdən çıxaraq bir daha geri qayıtmadıqlarını bildiriblər. Qax rayonunun Güllük kəndində gəlin olan 33 yaşlı Yeganə Sultanova iyulun 8-də saat 19 radələrində evdə heç kimin olmadığı bir vaxtda 2 yaşlı oğlu Nahidi də götürərək naməlum istiqamətdə gedib. Həmin gün saat 17 radələrində Qax şəhərində yaşayan qohumu 32 yaşlı Aynur İsmayılova da eynilə azyaşlı qızı 6 yaşlı Sərvinaz İsmayılzadəni götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəlin və baldızın azyaşlı uşaqları ilə birlikdə getmələri ehtimal olunur.

Onları görənlərdən Qax RPŞ-i ilə əlaqə saxlamaları xahiş olunur.

Tel: (024) 255-23-52

Mob:055-755-73-71


ŞƏRH YAZ
Ad

E-mail

Şərh