Saatlıda dəhşətli qəza; ailənin 3 yaşlı övladı ölüb, 3 üzvü yaralanıb

Qəzalar 15 İyul 2017 00:01 Oxunub 1310
Saatlıda dəhşətli qəza; ailənin 3 yaşlı övladı ölüb, 3 üzvü yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin sürücüsü, onun qızı və ailənin daha iki üzvü yaralanıb

Saatlı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır vyol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Soltanabad kənd sakini, 51 yaşlıl Əli Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb.  Hadisə zamanı avtomobildə olan 3 yaşlı Fatma Əli qızı Ağayeva hadisə yerindəcə ölüb. Habelə avtomobilin sürücüsü, onun qızı, eləcə də ailənin biri azyaşlı olmaqla, daha iki üzvü müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh