“Honda” 2.1 milyon avtomobili geri çağrır

Avtoxəbər 15 İyul 2017 09:15 Oxunub 1299
“Honda” 2.1 milyon avtomobili geri çağrır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkəti bu addımı atmağa vardar edən səbəb, mühərrik bölməsində yanğınlar barədə artıq 4 məlumatın alınmasıdır

“Honda” 2.1 milyon avtomobili geri çağrır. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın Honda şirkəti bütün dünya üzrə akkumulyatorunda olan nasazlığa görə, yanğın təhlükəsi səbəbindən təxminən 2.1 milyon avtomobili geri çağırmaq qərarına gəlib. “Honda”nın nümayəndəsi Kris Martin bildirib ki, ABŞ-da, 1.15 milyon 2013-2016 illərin buraxılışı Honda Accord geri alınacaq və 1 milyon avtomibilin də digər ölkələrdən yığılması planlaşdırılır. Şirkəti bu addımı atmağa vardar edən səbəb, mühərrik bölməsində yanğınlar barədə artıq 4 məlumatın alınmasıdır. İnsident nəticəsində xəsarət alan yoxdur. Ciddi yoxlanışdan sonra şirkət səhvini aşkar edib və tədbir görməkdə qərarlıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh