Azərbaycanda toy günü dəhşətli faciə: 3 ölü

Qəzalar 29 Aprel 2014 15:54 Oxunub 1947
Azərbaycanda toy günü dəhşətli faciə: 3 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəyin nişanlısını gözəllik salonundan götürərək ata evinə qoyduğu və geri qayıdarkən qəzaya uğradığı bildirilir

Bu gün İmişli rayonunda dəhşətli yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Hacımuradlı kəndi ərazisində “Mercedes 190” markalı minik avtomobili aşıb. Yüksək sürətlə hərəkət edən minik avtomobilininaşması nəticəsində sürücü 1981-ci il təvəllüdlü Məstəliyev Yalçın İsrafil oğlu və sərnişinləri Əhmədov Muxtar Naizm oğlu və Əvəz Zeynalov hadisə yerində keçinib.

 

Qeyd edəık ki, bu gün qəzaya düşən sürücü Y.Məstəliyevin toyu keçiriləcəkmiş.

***

Bu gün İmişli rayonunda dəhşətli qəza baş verib. Bu barədə “Qafqazinfo”ya hadisənin şahidləri məlumat verib. Məlumata görə, rayonun Hacımuradlı kəndi ərzisində baş verən qəzada bir nəfər ölüb. Ölən şəxsin bu gün toyu imiş. Belə ki, bəyin nişanlısını gözəllik salonundan götürərək ata evinə qoyduğu və geri qayıdarkən qəzaya uğradığı bildirilir.

 

Qeyd edək ki, qəzaya uğrayan maşın "Mersedes" markalı olub. Maşının nömrə yerinə "Biz evlənirik" yazılıb. Təqdim etdiyimiz fotoda həmin yazı da görünür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh