Prezident benzinin qiymətinin artması səbəblərini şərh etdi

Gündəm 15 İyul 2017 11:50 Oxunub 10758
Prezident benzinin qiymətinin artması səbəblərini şərh etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əgər istəmiriksə benzinimizi ölkədən ucuz olduğu üçün çıxarsınlar, ölkənin daxilində qiymətə nəzarət etməliyik"

Rusiya prezidenti Vladimir Putin ölkədə benzinin qiymətinin artmasını şərh edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, o, bunun müxtəlif faktorla əlaqəli olduğunu deyib. Rusiya prezidentinin sözlərinə görə, benzinin qiymət artımı ilk növbədə bu xarici yanacaq bazarının konyukturası ilə bağlıdır. V.Putin deyib: "Əgər bizdə azad bazardırsa, biz qiymətləri qonşu ölkələrdəki qiymətlərdən fərqli saxlaya bilmərik, əks təqdirdə "dəmir qapılar" duzəltməyə məcburuq". Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti qonşu ölklərdə az olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verəcək: "Əgər istəmiriksə benzinimizi ölkədən ucuz olduğu üçün çıxarsınlar, ölkənin daxilində qiymətə nəzarət etməliyik". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh