Benzinin qiyməti avtomobillərin ucuzlaşmasına təsir etməyəcək - SORĞU

Avtobazar 15 İyul 2017 12:02 Oxunub 2368
Benzinin qiyməti avtomobillərin ucuzlaşmasına təsir etməyəcək - SORĞU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bahalaşma ilin sonuna kimi davam edəcək"

Ötən gün Azərbaycanda benzinin qiymətinin 30 faiz bahalaşması ölkədə avtomobillərin qiymətinin enməsinə təsir göstərməyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə salamnews-un maşın bazarında olan əməkdaşının apardığı sorğu nəticəsində məlum olub. Belə ki, ölkədə benzinin qiymətinin qalxması irihəcmli mühərriki olan avtomobillərin satışını vaxt etibarilə ləngitsə də, maşın bazarının ümumi qiymət siyasətinə mənfi və ya müsbət təsir etməyəcək. Buna ilkin səbəb isə Azərbaycana yeni ikinci əl maşınların gətirilməməsidir. Azərbaycana daxil olan avtomobillər əsasən rəsmi dilerlər tərəfindən gətirilən yeni nəqliyyat vasitələridir. Onların qiyməti isə dünya bazarı tərəfindən tənzimlənir. Ümumiyyətlə, son üç ayda maşın bazarında qiymətlər durmadan artır. Satıcılar bildirirlər ki, 2-3 ay əvvəl satdıqları ikinci əl avtomobilləri indi 25-35 faiz baha satırlar. Alıcılıq qabiliyyəti aşağı olsa da, qiymətlərin aşağı enməsi hələlik müşahidə olunmur.

Satıcıların sözlərinə görə, bahalaşma ilin sonuna kimi davam edəcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh