"Porcshe"ni "ştrafnoy"a saldılar - Cərimə yazmağa bir şey tapılmadı - 002

Xəbərlər 16 İyul 2017 02:26 Oxunub 16320
"Porcshe"ni "ştrafnoy"a saldılar - Cərimə yazmağa bir şey tapılmadı - 002
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisindən şikayət – Rəis müavini avtomobillərə qanunsuz cərimə yazdırır

Cəlilabad rayonunun Axundov küçəsi 46 nömrəli evdə yaşayan Azər İbrahimov rayon Polis İdarəsinin rəisini birinci müavini Mehman Abışovdan şikayətçidir. Pressclub.az-a müraciət edən rayon sakini bildirir ki, M.Abışov onun oğlanlarına avtomobil idarə etməyə imkan vermir: “Dünən oğlum Nizami İbrahimov 90 LP 002 dövlət nömrə nişanlı, “Porshe” markalı avtomobilimizlə çayxanaya gedib, dostları ilə çay içərkən DYP əməkdaşları, yanlarında Post Patrul Xidmətinin əməkdaşları ilə çayxanaya gəliblər. DYP və PPX əməkdaşları bildiriblər ki, sizin avtomobiliniz cərimə meydanına aparılmalıdır. Oğlum səbəbini soruşub, deyiblər  maşının “katalizator”u var. Amma bizim maşında katalizator yoxdur, istehsalda necədir, o cürdür, yəni avtomobilə əlavə heç nə qoşulmayıb. Oğlum bununla bağlı gedib idarəyə ki, məsələni aydınlaşdırsın. Sübuta yetirəndə ki, maşına heç nə əlavə vasitə quraşdırılmayıb, rəis müavini deyib ki, əslində sən yolu işıqforun qırmızısında keçmisən. Oğlum da bildirib ki, əgər qırmızı işıqda yolu keçmişəmsə, o zaman görüntünü mənə göstərin. Bu zaman rəis müavini M.Abışov hirslənib, oğlumun üstünə qışqırıb, otağından qovub. Sonra isə DYP əməkdaşları gedib rəis müavininin otağına, qayıdıb oğluma deyiblər ki, Mehman müəllim deyir ötmə əməliyyatını düzgün keçməməsi ilə bağlı protokol yazın, çıxıb getsin. Oğlum bu vaxt, yenidən Mehman müəllimin yanına gedib ki, birinci dediz maşında “katalizator” var, sonra dediz qırmızı işıqda yolu keçmisiz, indi isə deyirsiz ötmə əməliyyatını səhv etmisiz. Bu necə işdir axı? Bu vaxt Mehman müəllim yenidən hirslənib, oğlumu otaqdan qovub, PPX çağıracağı ilə hədələyib”.

Vətəndaş A.İbrahimov deyib ki, indi qanunsuz olaraq, oğluna 60 manat cərimə, sürücülük vəsiqəsinə isə 3 cərimə balı yazılıb: “Bu tamamilə qanunsuz bir əməldir. Polis rəisinin birinci müavininin DYP-ə bu cür göstəriş verməsi heç bir qanuna sığmır”.

Şikayətçi bildirir ki, əslində rəis müavininin “dərdi” başqadır: “Bu adam rayona yeni vəzifəyə təyin olunub. Kimin ki bahalı avtomobili var, onlarda bir bəhanə axtarır, pul qoparmağa çalışır. Vətəndaş da haqqını tələb etdikdə, rüşvət vermədikdə, o zaman DYP əməkdaşlarına bu cür qanunsuz protokollar yazmaq tapşırığı verir. Təsəvvür edirsiz ki, polis rəisinin müavini, DYP rəisinə imkan vermir, onun işini özü görməyə çalışır. Hər gün yol polisinə reyd keçirmək göstərişi verir, hər gün reyd keçirilir. Belə olmaz axı. İnsanları incitməklə nəyə nail olunacaq. Cənab prezident də bildirib ki, məmurlar xalqın xidmətçisidir. Amma sanki Mehman müəllim xidmət etməyə yox, Cəlilabad insanlarını incitməyə gəlib. Mən aidiyyatı orqanlardan xahiş edirəm ki, bu məsələ ilə bağlı araşdırma aparsınlar, M.Abışovun qanunsuz əməllərinə son qoyulmasına çalışılsın”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh