Sürücülərin diqqətinə! - 20 manat cərimə oluna bilərsiz - VİDEO

Yazarlar 17 İyul 2017 02:58 Oxunub 5948
Sürücülərin diqqətinə! - 20 manat cərimə oluna bilərsiz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kondisioneri yandırıb, maşını tərk etməyin"

Havaların isinməsi ilə hamı çalışır ki, özünü bir cürə istidən qorusun. Xüsusən sürücülər bu aylarda avtomobildə kondisionerdən daha çox istifadə edirlər. Hətta bəzi sürücülər avtomobili kondisioner işlək vəziyyətdə qoyur ki, maşın sərin qalsın. Bu isə avtomobilə zərəri ilə yanaşı qayda pozuntusu sayılır. Ekspertlər bunun "Yol hərəkəti haqqında” qanunlara zidd olduğunu deyirlər. Avtomobili işlək vəziyyətdə tərk edən sürücüləri 20 manat cərimə gözləyir.

Avtomobilin kondisioneri işlək halda uzun müddət parklanmış vəziyyətdə saxlanması ekoloji ziyanla yanaşı, xoşagəlməz hallara da səbəb ola bilər. Belə ki, hərəkət etməyən avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılarla yanaşı, avtomobilin içərisində olan şəxslər də dəm qazından zəhərlənə bilər.

Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh