Bazarda dizellə işləyən maşınların qıyməti artdı - VİDEO

Avtoxəbər 17 İyul 2017 03:02 Oxunub 5276
Bazarda dizellə işləyən maşınların qıyməti artdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Benzinlə işləyən maşınların qiymətində dəyişiklik yoxdur

Aİ-92 markalı yanacağın qiymətinin tənzimlənməsi dizellə işləyən maşınlara marağı artırıb. Avtosfer.az-ın məlumatına görə, maşın bazarına gələn müştərilər daha çox dizel yanacağı ilə işləyən avtomobillərə üstünlük veriblər. Dizel yanacağı ilə işləyən avtomobillərə marağın artması onların qiymətinə təsir edib. Satıcı və alıcıların dediyinə görə, ötən bazarla müqayisədə bu həftə maşınların qiymətində bahalaşma müşahidə edilir.

Dizel avtomobillərindən fərqli olaraq benzinlə işləyən maşınların qiymətində dəyişiklik yoxdur. Buna rəğmən tələbat azalıb.

Satıcıların sözlərinə görə, qiymətdə artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə daha dəqiq bilinəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh