Bakıda avtobus dayanacaqlarını söküb oğurladılar -VİDEO

Avtosfer TV 17 İyul 2017 08:10 Oxunub 1732
Bakıda avtobus dayanacaqlarını söküb oğurladılar -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir neçə avtobus dayanacağının müxtəlif hissələrini söküb aparıblar

Bakıda yol təmir olunarkən avtobus dayanacağının müxtəlif hissələri, əsasən də üstü harasa aparılıb, amma təmir başa çatsa da,yerinə qoyulmayıb. Avtosfer.az-ın məlumatına görə, söhbət Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindən gedir. Küçənin hər iki tərəfində üzbəüz yerləşən dayanacaqların üst hissəsi və şüşələri yoxdur. Həmin dayanacaqlarda 13 fərqli istiqamətə gedən avtobuslar dayanır. Sərnişinlərin bu qədər sıx olduğu ərazidə dayanacağın belə vəziyyətdə olmasına səbəb nədir? Bu problemi əməkdaşlarımız araşdırıb. Sərnişinlərin dediyindən məlum olub ki, küçə bir müddət əvvəl genişləndirilib, asfalt örtüyü yenilənib. Yol genişləndirilərkən dayanacağın üstünü kimlərsə harasa aparıb, sonra gətirməyiblər.

Yolun qarşısındakı dayanacağın vəziyyəti isə daha pisdir. Onun sadəcə dirəkləri yerində qalıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, hazırda dayanacaqların icra hakimiyyətlərinədən alınaraq Agentliyə verilməsi prosesi gedir. Proses yekunlaşandan sonra dayanacaqların hər birinə lazımınca nəzarət ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh