Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub

Yarışma 17 İyul 2017 09:34 Oxunub 1388
Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hemilton karyerasında 5-ci dəfə vətənindəki Qran Prini qazanıb

"Mercedes" pilotu Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Silverstoun" trasında keçirilmiş yarışda ikinci yeri onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas tutub. Üçüncü yerə isə "Ferrari"nin finlandiyalısı Kimi Raykonnen sahib olub. Beləliklə, Hemilton karyerasında 5-ci dəfə vətənindəki Qran Prini qazanıb və bu göstəricidə həmyerlisi Cim Klark, eləcə də fransalı Alen Prostla bərabərləşib.

 

Cari mövsümdə 10 Qran Pridən sonra Lüis Hemilton 176 xalla 2-ci pillədədir. İlk pillədə cəmi 1 xal öndə olan "Ferrari" pilotu Sebastyan Fettel qərarlaşıb. Maşınların mübarizəsində isə 330 xalla "Mercedes" birinci, 275 xalı olan "Ferrari" ikincidir. Növbəti mərhələ 28 - 30 iyulda Macarıstanda olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh