Bakılı sürücü Türkiyədə bizi biabır etdi - FOTO

Xəbərlər 24 Noyabr 2014 00:59 Oxunub 3959
Bakılı sürücü Türkiyədə bizi biabır etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bahalı avtomobili səkidə park edən sürücünün hərəkəti türkləri əsəbləşdirib

Bakıdan Türkiyəyə gedən sürücü burada özünü əməlli-başlı «göstərib». Daha doğrusu, qayda pozuntusu ilə insanların diqqətini çəkib və Azərbaycanın adını orada da pis mənada hallandırıb. Avtosfer.az-a oxucular tərəfindən göndərilən fotodan aydın olur ki, İstanbulun Aksaray adlanan ərazisində Azərbaycana məxsus «BMW-X-6» markalı, 90 HN 888 dövlət nömrə nişanlı avtomobil dayanma-durma qaydalarını kobud şəkildə pozub. Görünür, özünü Bakıdakı kimi hiss edən sürücü avtomobili səkiyə çıxarıb və orada park edib.

Fotonu saytımıza göndərən oxucunun bildirdiyinə görə, Bakıdan gələn sürücünün bu hərəkəti ətrafdakı insanlar tərəfindən pis qarşılanıb və türklər «azəri sürücülər həmişə belədir» deyə, keçib gediblər.

Fotoya diqqətlə baxdıqda məlum olur ki, səkidə bu maşından başqa heç kim park etməyib. Maşınlar yalnız yolun solunda dayanıb. Görünür, bizim sürücülük mədəniyyətimizin inkişafı üçün uzun zaman lazım olacaq. O ki qaldı bu avtomobilə, onun həm özü, həm də nömrəsi bahalıdır. Belə avtomobillə Türkiyəyə getmək isə hər adamın işi deyil. Arada türk qardaşlarımız arasında Azərbaycan sürücüləri haqqında pis fikir formalaşır. Mütləqdirmi ki, belə xoşagəlməz əməllərlə özün bir yana, ölkəmizin adına ləkə gətirəsən?

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh