Sürücü yol polisinin avtomobilini baltaladı - Bakıda

Yol polisi 17 İyul 2017 16:17 Oxunub 12152
Sürücü yol polisinin avtomobilini baltaladı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtomobilindən balta götürərək yol polisinin “BMW”-sinə zərbələr endirib

Bakıda yol polisinin saxladığı sürücü müqavimət göstərib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, gecə saat 01:30 radələrində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 dövlət nömrə nişanlı xidməti “BMW” “VAZ 21011” markalı, 01 BR 911 nömrəli avtomobili saxlayıb. Məlum olub ki, həmin avtomobili idarə edən Fərid Şükürov sərxoş vəziyyətdədir. Polis əməkdaşları sürücünü müayinədən keçməyə dəvət edib. Bu zaman F.Şükürov etiraz edib və yol polisi əməkdaşları ilə dalaşmağa başlayıb. Polisin tələbinə tabe olmayan sürücü müqavimət göstərib və daha sonra avtomobilindən balta götürərək yol polisinin “BMW”-sinə zərbələr endirib. Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları gəlib və müqavimət göstərən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh